Bu ciddi islahatlara doğru atılan praktik addımdır - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Bu ciddi islahatlara doğru atılan praktik addımdır - Millət vəkili

Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bilirib ki, aparılan islahatlar ölkədə ümidverici aura yaradır:

“Əlbəttə, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşürəm. Kimsə istəməz ki, indiki zamanda iş yerini itirsin, sabit maaşdan məhrum olsun. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlərin sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır. İndi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır. Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahıın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

F.Mustafa qurumların ləğv edilməsi ilə nəticəsində yaranan boşluğun necə doldurulacağına bu cür münasibət bildirib:

“Elmin inkişafına dəstək fondu, Bilik Fondu, Multikulturalizim Mərkəzi, Strateji Araşdırmalar Mərkəzi dövlət qurumları kimi fəaliyyətini dayandırıb, indi o boşluğu hansı qurum dolduracaq? Açığı hansı qurum dolduracağını proqnozlaşdıra bilmərəm, ancaq şəxsən mən sosial şəbəkədə elmin inkişafını da, biliyi də multikulturalizmi də xeyli zamandır dostlarım Etibar Əliyevin və İbrahim Nəbioğlunun statuslarından əldə edirəm, ikisi bir yerdə o boyda AMEA-dan və universitetlərdən daha çox cəmiyyətimizin düşünən hissəsi üçün faydalı bilgiləndirmə işi aparırlar. Çoxdandır Strateji Araşdırmalar Mərkəzinin funksiyasını da millət vəkili Zahid Oruc öz analitik məqalələri ilə təklikdə daha effektli aparır. Necə deyərlər, müqəddəs yer boş qalmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm