• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Deputatdan Avropa Parlamentinə SƏRT SÖZLƏR: Dənizdə öldürülən müsəlmanlar, yandırılan məscidlər və...

Deputatdan Avropa Parlamentinə SƏRT SÖZLƏR: Dənizdə öldürülən müsəlmanlar, yandırılan məscidlər və...

Bu, Avropa Parlamentində birinci saxta və qərəzli qətnamə deyil ki, Azərbaycana qarşı qəbul edilir. Avropa Parlamenti Mehman Hüseynovla bağlı belə bir qətnamə qəbul edirsə, Fransada son iki ayda həbsxanalara doldurulan beş mindən çox insan barədə niyə qəbul edilmir?

Publika.az-a açıqlamasında bu sözləri Avropa Parlamentində Azərbaycanla bağlı aparılan müzakirələri və qəbul olunmuş qərəzli qətnaməni şərh edən millət vəkili Elman Məmmədov bildirib.

“Avropa Parlamenti kordur ki, gözünün qabağındakı bu qanunsuzluqları görmür. Avropa Parlamenti və ya qitənin digər qurumları Fransada insan hüquqlarının pozulmasından bir cümlə belə yazmadılar. Avropa ölkələrində miqrantların başlarına gətirilənləri, yandırılan məscidləri, müsəlmanlara qarşı törədilənləri Avropa Parlamenti görmür? Avropa Parlamentində təmsil olunan dövlətlər Aralıq dənizini miqrant qəbiristanlığına çeviriblər. Bu dövlətlər Hitler Almaniyasında yaradılan konslagerlər - ölüm düşərgələri kimi hazırda miqrantlar üçün tikanlı məftillərlə əhatələnmiş düşərgərlər yaradıblar. Burada insanlar üçün dözülməz həyat şəraiti yaradıblar. Əlbəttə ki, hamısını görürlər və bilirlər. Burada məqsəd Azərbaycanda narazılıq dalğası yaratmaqdır, stabilliyi pozmaq, dövlətçiliyimizi zəiflətməyə çalışmaq, iqtidarla xalq arasında nifaq yaratmaqdır. Sorosun maliyyələşdirdiyi təşkilatlar və cəmiyyətlərin məqsədi şərqdə inkişaf etmiş, stabilliyə, əmin-amanlığa nail olmuş müsəlman dövlətində sabitliyi pozmaqdır”, - o deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanı da Suriyaya, İraqa, Liviyaya və vətəndaş müharibəsi şəraitində olan dövlətlərə çevirmək istəyirlər: “Buna görə də hesab edirəm ki, xalqımız bu fitnə-fəsadlara və təxribatlara qarşı çox ayıq olmalıdır. Bizim birliyimiz, dövlətçiliyimiz, vətənpərvərliyimiz daha yüksək səviyyədə olmalıdır. Hər bir azərbaycanlı bunlara qarşı mövqeyini bildirməlidir”.

Elman Məmmədov qeyd edib ki, Azərbaycanda insan hüquqlarından dəm vuran Avropa Parlamenti üzvlərindən heç birinin çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün yada salınmaması bu insanların çirkin niyyətlərindən xəbər verir:

30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan dövləti tərəfindən pozulub. Biz Avropa Şurasının, ATƏT-in üzvüyük, Avropa İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlıq edirik. Bu Avropa qurumları hüquqlarımızın bərpası üçün işğalçı Ermənistana qarşı niyə tədbir görmürlər? Dilqəm Əsgərov və Şahbaz Xudiyev öz doğma kəndlərində ermənilər tərəfindən qeyri-qanuni həbs olunublar, onlar heç bir dövlətin sərhədlərini pozmayıblar ki. Kəlbəcər Azərbaycan torpağıdır. Avropa Parlamenti və digər Avropa qurumları bunların hüquqlarının pozulması üçün niyə hansısa qərar və qətnamə qəbul etmir? Deməli, burada ikili standartlar, qərəzli, şər-böhtan kampaniyası açıq-aydın özünü göstərir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR