Millət vəkili: "Özünü müxalifət adlandıranlar..."
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Özünü müxalifət adlandıranlar..."

Dövlət mitinq keçirməyi qadağan etmir və vətəndaşlar bu məsələdə azaddırlar. Lakin bu aksiyalarda dövlət, dövlətçilik əleyhinə fikirlər səsləndirilməməlidir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Milli Şuranın ötən bu gün keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.

Millət vəkili ölkədə söz azadlığı, sərbəst toplaşmaq haqqında qanunları xatırladıb, bildirib ki, bu qanunları pozmamaq şərtilə hər kəs mitinq, piket keçirə bilər.

“Lakin mitinqdə dövlətçilik əleyhinə fikirlər səsləndirilməməli, zorakılığa çağırış edilməməlidir. Dövlətin təhlükəsizliyinə qarşı çağırışların qarşısı dövlət tərəfindən alınmalıdır. Bundan başqa, əsas məqsədə çatmaq üçün mitinq, meydan taksikası heç bir fayda vermir. Həqiqətən dövlət, millət üçün çalışmaq, xalqa xeyir vermək, Qarabağın işğaldan azad edilməsi üçün iqtidar- müxalifət birgə fəaliyyət göstərməlidir. Özünü müxalifət adlandıranlar da aksiya, çıxışlarında dövlətin siyasətinə xələl gətirməməlidirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm