Prioritetlərdən kənarlaşan istənilən məqam təzyiq cəhdidir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Prioritetlərdən kənarlaşan istənilən məqam təzyiq cəhdidir - ŞƏRH

Avropa Parlamentinin bu sənədi siyasi sifarişdir və sürətlə inkişaf edən AB-Azərbaycan əlaqələrinə mane olmaq üçün göstərilən uğursuz cəhddir.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili deyib. Millət vəkili bildirib ki, Avropa Parlamenti Avropa Birliyinin bir institutudur və bu qurum birliyin üzv dövlətlərinin vergi ödəyicilərinin hesabına Avropa Birliyinin üzv və tərəfdaş ölkələri ilə birliyin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir:

“Bu halda Avropa Parlamenti Avropa Birliyinin strateji tərəfdaşı Azərbaycanla münasibətlərin prioritetlərində razılaşdırılmamış bir mövzu ətrafında dinləmə təşkil etməklə, qətnamə qəbul etməklə qurumun gündəliyindən kənara çıxıb və müəyyən mənada onun mandatına aid olmayan müzakirə açıb və sənəd qəbul edib”.

Millət vəkilinin sözlərinə görə, Avropa Birliyi və Azərbaycan arasında 21 istiqamətdə 8 bənddən ibarət prioritetlər müəyyənləşdirilib:

“Prioritetlərdən kənarlaşan istənilən məqam təzyiq və təsir cəhdidir. Avropa Parlamentinin qəbul etdiyi bu sənəd də məhz bu cür qəbul ediləcəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm