Milli Şuranın əsl MƏQSƏDİ ÜZƏ ÇIXDI: dinc sakinlərin işinə ona görə maneə törədildi ki...
Bizi izləyin

Nida Xəbər

Milli Şuranın əsl MƏQSƏDİ ÜZƏ ÇIXDI: dinc sakinlərin işinə ona görə maneə törədildi ki...

Yanvarın 19-da Milli Şuranın rəhbərliyi ilə radikal müxalifətçilərin “Məhsul” stadionunda mitinqi baş tutdu. Əvvəlcədən də gözlənildiyi kimi, özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumun mitinqi növbəti dəfə uğursuzluqla nəticələndi.

Mitinqdə ən diqqətçəkən və Azərbaycan müxalifətinin düşdüyü vəziyyəti real şəkildə göstərən məqamlardan biri AXCP sədri Əli Kərimlinin digər partiya və QHT-lərin aksiyada iştirakına rəğmən, özünü müxalifətin lideri kimi təqdim etməsi oldu.

Mitinq iştirakçılarının və ətrafda yaşayan şəhər sakinlərinin təhlükəsizliyi polis qüvvələri tərəfindən tam təmin olundu. Elə bunun nəticəsidir ki, mitinq zamanı hər hansı xoşagəlməz hadisə qeydə alınmadı.

Lakin müxalifətin mitinqindən sonra aksiyanın təşkilatçıları prosesi idarə edə bilmədi və ya etmək istəmədi. Bunun nəticəsində həmin ərazidə asayişin təmin edilməsi və nəqliyyatın hərəkətində ciddi problemlər yarandı. Həmçinin, ətrafda yaşayan vətəndaşların sakitliyi pozuldu. Həmin ərazidə fəaliyyət göstərən dinc sakinlərin və müxtəlif iaşə obyektlərinin işinə maneə törədildi.

Mitinq iştirakçıları aksiya bitdikdən sonra da qrup şəklində müxtəlif şüarlar səsləndirərək yolun nəqliyyat vasitələrinin hərəkət etdiyi hissəsi ilə irəlilədi. Bu hal Bakı Metropolitenin ərazidə yerləşən müvafiq stansiyasının daxilində də müşahidə olundu. Təəccüblü deyil ki, aksiyaçılar həmin ərazidə olan və tədbirə qoşulmayan vətəndaşları da öz sıralarına qatmağa cəhd göstərdi. Buna görə də bəzi hallarda bu zəmində qarşıdurma yarandı.

Mitinq təşkilatçılarına hər cür zəruri şəraitin yaradılması və təhlükəsizliklərinin tam təmin edilməsinə rəğmən, onlar qanunun tələblərinə laqeyd münasibət göstərməkdən çəkinmədi. Nəticədə yaranmış xoşagəlməz hal həmin ərazidə yaşayan sakinlərin və müxtəlif səbəblərdən metronun “İnşaatçılar” stansiyasının ətrafında olan adi vətəndaşların ciddi narazılığına səbəb oldu.

Güman ki, mitinqin təşkilatçıları aksiya iştirakçılarının özlərini belə kobud aparması və ictimai asayişin pozulmasına qəsdən şərait yaratdılar. Nədən? Çünki bununla aksiyanın kortəbii xarakter alması, daha çox insanın bu prosesə qoşulmasını təmin etməyi planlaşdırmışdılar.

Hazırda aidiyyəti dövlət orqanları üzərilərinə düşən məsuliyyət çərçivəsində hadisənin baş vermə səbəblərini araşdırır və belə halların bir daha təkrarlanmaması üçün həyata keçiriləcək tədbirləri müəyyənləşdirir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm