Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Nida Xəbər

Cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm