• USD 1,7000 0,00% EUR 2,0259 -0,65%
    • GBP 2,3667 -0,52% RUB 0,0235 0,00%

"Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır"

"Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır"

Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Atılan bütün addımlar məhz bu məqsədə xidmət edir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, vətəndaşların sosial rifahından danışarkən şəhid ailələrinə göstərilən diqqəti xüsusi vurğulamalıyıq.

“Çünki şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda həlak olublar. Ermənistanın təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşən bir milyondan artıq məcburi köçkünə qayğı, diqqət dövlətimizin siyasətinin əsas istiqamətini təşkil edir. Artıq bu ailələr üçün 100-dən çox qəsəbə salınıb, 265 mindən çox məcburi köçkün mənzillə təmin edilib və bu istiqamətdə işlər ardıcıl şəkildə davam edir. Prezidentin həmçinin şəhid ailələri ilə bağlı da ardıcıl şəkildə həyata keçirdiyi siyasət nəticəsində onlara 6654 mənzil, 6144 avtomobil verilib. 2018-ci ildə şəhidə ailələri 626 mənzil verilib, 2019-cu ildə bu istiqamətdə daha ciddi addımların atılacağı gözlənilir və 800 mənzilin verilməsi planlaşdırılır.

Prezident İlham Əliyev 2018-ci ildə aprel ayında növbəti dəfə prezident seçildikdən sonra ilk sərəncamı şəhid ailələri ilə bağlı oldu. Sərəncamda bu şəhidlərin vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi nəzərdə tutuldu. Bu fərmanda təxminən 10 minə yaxın şəhid ailəsinə mənzilin verilməsi nəzərdə tutulub. Təxminən 300 min varis ödənişi alıb. Bununla yanaşı ödənişi ala bilməyənlər də var idi. Manatın məzənnəsinin aşağı olduğu vaxtlarda müavinət alanlarının haqlarının bərpa edilməsi üçün cənab Prezindent əlavə vəsait ayırıb. Bununla da sosial müavinət alacaq şəxslərin müavinəti artıb. Cənab Prezidentin bu addımı ölkədə böyük rezonansa səbəb olub. Məcburi köçkünlər, həssas qrupda olan bu əhali Prezidentin bu addımından razılıq edirlər”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR