“Bir-iki qotur erməni tapmışdıq, onu da…” – Hüquq müdafiəçisi
Bizi izləyin

Nida Xəbər

“Bir-iki qotur erməni tapmışdıq, onu da…” – Hüquq müdafiəçisi

“Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər qurumlar aclıq edib ölən ermənistanlı siyasi məhbus üçün narahat olmadı. Çünki belə bir sifariş yoxdur. Ermənistana təzyiq edib nə əldə edəcəklər ki, geydirmə və Avropada satışı qadağan olunan konyakdan başqa nələri var ki?”.

Publika.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın müstəqil dövlət olmaması hər kəsə məlumdur:

“Bu dövlət deyil təşkilatdır. Çoxşaxəli, o cümlədən terror, bütün dövlətlərin parlamentlərini, siyasi liderlərin pulla satın alan lobbisi təşkilatı. LGBT lobbisindən sonra bunlar ən güclü lobbilərdəndir. Digər yandan, xristiandırlar. Rusiyanın forpostu olsa da bərk ayaqda istənilən dövlət öz məqsədləri üçün ən çirkin işlərə cəlb edə biləcəyinə əmindir.

Bir tərəfdən də, ermənilər sahiblərinin də köməyi ilə bir sürü azərbaycanlıdan ibarət şəbəkə düzəldiblər. Lazım olanda ilk həşir qoparmaq komandası onlara verilir. Bizim isə satqın ermənilərdən ibarət şəbəkəmiz yoxdur. İki-üç qotur erməni tapmışdıq, onları da elə ermənilər “özümüzükülərin” əli ilə vurdu. Bizim adı gedən qrumlarda lobbi fəaliyyətimizin cücərtilərini elə “özümüzükülərin” əli ilə vurdular. Budan (həm də ordan) donos yazanların hamısı hər kəsə bəllidir. Hətta bu qurumlar sabah nə isə narahat olsalar onda da bu onsuz da çirkaba batmış sifətlərini qorumaq üçün olacaq, amma heç bir halda bu təzyiq üçün olmayacaq”.

Sahib Məmmədov qeyd edib ki, ermənilər artıq bir əsirdir qazandıqların beynəlxalq lotulara yedizdirir, nə var “Böyük Ermənistan” quracaqlar:

“Artıq neçə nəsildir bu xəstə təfəkkürlə yaşayıb ölürlər. Fakt odur ki, bunlar heç nəyə nail ola bilməyiblər. Əldə etdikləri cırtdan “dövlətləri” hər zaman 89-cu subyekt olmaqdan o tərəfə keçməyib. Lobbinin, Kardaşyanın pullarını, boş yerə dağıtmaqla məşğuldular”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm