Nida Xəbər
Avropa Parlamenti Yeqiazaryanın ölməməsi üçün vəziyyətə uyğun adekvat addımlar atmayıb - BƏYANAT
Ermənistan hakimiyyəti və müvafiq dövlət orqanları, hüquq-müdafiə təsisatları aclıq aksiyası keçirən M.Yeqizaryana münasibətdə beynəlxalq sənədlər və norma ilə müəyyənləşən addımları atmayıblar və hüquqlarının pozulması ilə bağlı şikayətləri, müraciətlərinə məhəl qoymayıblar. Eyni zamanda beynəlxalq təşkilatların, xüsusən Avropa Birliyi və Avropa Parlamenti bu məsələyə laqeyd qalıb. Avropa Parlamenti susub və 44 gün aclıq aksiyası keçirən Mqer Yeqiazaryanın ölməməsi üçün vəziyyətə uyğun adekvat addımlar atmayıb. Avropa Parlamenti bu halda ikili standartdan çıxış edib.
Bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun Ermənistanın “Nubarasen” təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın 52 günlük açlıq aksiyasından sonra ölümü ilə bağlı qəbul etdiyi bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur:
"26 yanvar 2019-ci il tarixdə Ermənistanın paytaxtı Yerevanda yerləşən “Nubaraşen” çəzaçəkmə müəssisəsində ölən Ermənistan qartalları - Vahid Ermənistan Partiyasının sədr müavini, Haynews.am xəbər saytının əməkdaşı Mqer Yeqiazaryan 44 gün davam edən aclıq aksiyasından sonra vəfat edib. Siaysi xadim, ictimai fəal və jurnalist M.Yeqiazaryan siyasi motivlərlə həbs olunmasına etiraz edərək 04 dekabr 2018-ci il tarixdən aclıq aksiyası keçirirdi.
Azərbaycanda aclıq aksiyası keçirməyə təşəbbüs edən bloqqer M.Hüseynovla bağlı göstərilən fəallıq, kampaniyaların təşkili, açıqlama və bəyanatlar, qətnamələrin qəbulu M.Yeqiazaryana münasibətdə müşahidə olunmur. Ermənistana qarşı bu cür tolerant münasibət ən azı təəccüb doğurur.
Azərbaycanla bağlı ən kiçik məsələlərə və müraciətlərə dərhal reaksiya verən, qətnamələr, bəyanatlar qəbul edən, dinləmələr keçirən Avropa Parlamenti Ermənistana münasibətdə bu cür yanaşması bizi xristian həmrəyliyi amilinin önə çıxmasını düşünməyə vadar edir. Avropa Parlamentinin Ermənistana bu cür münasibəti məhz qərəz, qrup maraqlarının insan hüquq və azadlıqlarının qorunması missiyasından önə çıxdığını söyləməyə əsas verir. İkili standartlar yanaşmasını, bir daha gündəliyə gətirir, Ermənistan üçün neqativ presedentlərin sayını artırır.
Yaxın keçmişdə Ermənistan parlamentində terror aktının baş verməsi, mitinq iştirakçılarının güllələnməsi hadisələrinə vaxtında müvafiq münasibət göstərilsəydi, bu cür presedentlər yaranmazdı. Azərbaycan vətəndaş cəmiyyəti jurnalist və ictimai fəal M.Yeqiazaryanın ölümünün araşdırılması, Ermənsitan hakimiyyəti və müvafiq dövlət orqanlarının məsuliyyəti məsələsinin gündəliyə gətirilməsinə çağırır. Azərbaycan vətəndaş cəmiyyəti hesab edir ki, yalnız bu halda beynəlxalq təşkilatlar obyektiv, iki standartlardan uzaq yanaşma ortaya qoyduqlarını nümyiş etdirərlər".
-
Magazin122:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR