Nida Xəbər
Bu qəzetlərə BƏD XƏBƏR: KİVDF maliyyə yardımı etməyəcək
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının iclası keçirilib.
Publika.az xəbər verir ki, Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
O bildirib ki, əsas məsələlər Fondun 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi, . Fondun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə təşkil olunan fərdi jurnalist yazıları müsabiqəsinin elanının müzakirəsi və təsdiqi ilə bağlıdır:
Müzakirəyə çıxarılan birinci məsələ barədə geniş məlumat verən icraçı direktor Vüqar Səfərli bildirib ki, 2019-cu ilin II rübü üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin 2019-cu il fevral ayının 1-dən martın 28-dək, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçirilməsi nəzərdə tutulur.
Hazırda bütün dünyada internet media resurslarının sürətlə inkişaf etdiyini və çap mediasının obyektiv səbəblərdən problemlə üzləşdiyini diqqətə çatdıran Vüqar Səfərli bu baxımdan KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanında müəyyən dəyişikliklərin edilməsinə ehtiyac olduğunu vurğulayıb. V.Səfərli bildirib ki, çap mediasının cəmiyyətdəki nüfuz və mövqelərinin möhkəmləndirilməsi məqsədilə qəzetlərin tirajı və yayımı ilə bağlı şərtlərə yenidən baxılması günün zəruri tələbinə çevrilib.
İcraçı direktor bildirib ki, müsabiqə elanında təklif olunan dəyişikliyə əsasən, Fondun KİV-ə maliyyə yardımı müsabiqəsində son 3 ildə müntəzəm gündəlik nəşr olunan, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3 formatda), tirajı 5000 nüsxədən az olmayan, hər buraxılışından ən azı 2000 nüsxəsi satılan və ya abunə yolu ilə yayılan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. V.Səfərli, həmçinin qeyd edib ki, xarici dillərdə nəşr olunan gündəlik və həftəlik ictimai-siyasi qəzetlər üçün tirajın minimum 3000, satış və abunənin isə minimum 1500 nüsxə olması nəzərdə tutulur.
Sonra Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunan dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov çap mediasının məzmun və forma baxımından daha da təkmilləşdirilməsi, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurulması baxımından təklif olunan dəyişiklikləri müsbət dəyərləndiriblər. Müsabiqə elanı qeyd edilən dəyişikliklərlə birgə səsə qoyularaq yekdilliklə qəbul edilib.
Gündəlikdəki ikinci məsələ barədə məlumat verən V.Səfərli 2019-cu il aprelin 3-də Fondun yaranmasının 10-cu ildönümünün tamam olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, bu tarixin ölkə mediası və ictimaiyyəti üçün əhəmiyyəti nəzərə alınaraq Novruz bayramı münasibətilə təşkil edilən ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin həm də Fondun yaranmasının 10-cu ildönümünə həsr edilməsi təklif olunur. O, həmçinin müsabiqənin fevralın 1-dən martın 15-dək "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini vurğulayıb.
Vüqar Səfərli bildirib ki, fərdi jurnalist yazıları müsabiqəsinin elanına təklif olunan birinci dəyişikliyə görə, internet media resurslarında çalışan jurnalistlərin müsabiqəyə təqdim edəcəkləri yazıların qəzetlərdə dərci tələbi aradan qaldırılır. V.Səfərli qeyd edib ki, digər mühüm dəyişikliyə əsasən, şəffaflığın və işçilərin əmək hüquqlarının müdafiəsinin təmini məqsədilə Fondun fərdi jurnalist yazıları müsabiqələrində iştirak edəcək media nümayəndələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemi vasitəsilə elektron əmək müqaviləsi bildirişi təqdim etmələri təklif olunur.
Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Əvəz Rüstəmov və Rasim Həsənov jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından Fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini xüsusi qeyd ediblər. Müşahidə Şurasının üzvləri təklif olunan dəyişikliklərin jurnalistlərin mənafelərinə uyğun olduğunu, obyektiv reallığı əks etdirdiyini vurğulayıblar.
Gündəlikdəki ikinci məsələ təklif olunan dəyişikliklərlə səsə qoyularaq qəbul edilib.
-
Region07:47
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi