Milli Məclis bu qanuna dəyişiklik etdi
Bizi izləyin

Nida Xəbər

Milli Məclis bu qanuna dəyişiklik etdi

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanuna dəyişiklik təklif edilib.

Publika.az xəbər verir ki, qanun layihəsi barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, təklif edilən dəyişikliyə əsasən, 15 yaşına çatmış vətəndaşın fərdi identifikasiya kartı himayəçi olmadığı halda qanuni nümayəndənin notariat qaydasında təsdiq edilmiş etibarnamə ilə verilə bilər:

“Qanuna edilən redaksiya fərdi identifikasiya kartı vətəndaşın valideyninin, vətəndaşlığı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin, bir sözlə qanuni nümayəndəsinin müraciəti əsasında verilir.

Vətəndaşın qanuni nümayəndələrinin müəyyən səbəblərə görə fərdi identifikasiya kartının alınması üçün müraciət etmək imkanı olmayanda digər şəxslərin fərdi identifikasiya kartının alınması üçün müraciətləri ilə bağlı tənzimləmə məqsədi daşıyır. Belə ki, vətəndaşın qanunu nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin fərdi identifikasiya kartının alınması üçün müraciət etmək hüququ təmin ediləcək. Bu 15 yaşı tamam olmayan şəxslərin fərdi identifikasiya kartı almasına töhfə ola bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm