Azərbaycanda bu şəxslər sürücülük vəsiqələrini dəyişməlidir
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda bu şəxslər sürücülük vəsiqələrini dəyişməlidir

“İnzibati xətalar Məcəlləsi və “Avtomobil Nəqliyyatı haqqında” qanuna dəyişiklik edilib.

Publika.az
xəbər verir ki, qanun layihələri barədə millət vəkili Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan "Yol hərəkəti haqqında" Vyana konvensiyasına qoşulub. Millət vəkili bildirib ki, təklif edilən dəyişikliklər “Yol hərəkəti haqqında”qanuna dəyişikliklər edilməsi barədə 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədardır. Təklif edilən bu yeniliklər sürücülük vəsiqəsində göstərilən məlumatlar daha da dəqiqləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir:

“Qanunun 27-ci maddəsinə edilən dəyişikliyə əsasən, sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair yeni tələblər müəyyən edilib. Dəyişikliyə əsasən, avtobus sərnişin daşımalarını “D” kateqoriyası və “D1” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və “B”, “C” kateqoriyalarına və ya “C1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olmayan), “D1E” altkateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 25-dən az və 65-dən çox olmayan və “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi iki ildən az olmayanalar idarə edə bilər”.

Millət vəkili bildirib ki, qanuna təklif edilən digər yeniliklər sürücülük vəsiqələrinin xarici ölkələrdə tanınması ilə bağlıdır.

“Belə ki, sürücülük vəsiqəsində göstərilməli olan məlumatların siyahısı dəqiqləşdirilir və beynəlxalq standarta uyğun sıralanacaq.“Sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Çünki hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur. Bununla yanaşı sürücülük vəsiqələrində yeni altkateqoriyalar müəyyən edilir. Məsələn, “B1” altkateqoriyası – kvadrosiklləri (dördtəkərli motosikllər) idarə etmək üçün C1, D1, C1E, D1E altkateqoriyaları yaradılır. Sürücülük vəsiqəsində şəxsin fərdi identifikasiya nömrəsinin mütləq qaydada qeyd edilməli olduğu təsbit edilir. Bu nömrənin olmaması inzibati xətalara dair elektron qərarların tərtib edilməsində problemlər yaradır”.

Millət vəkili Çingiz Qənizadə isə qanuna edilən bu dəyişikliyin cəmiyyətdə yaratdığı çaşqınlığa aydınlıq gətirib:
“Bu qanun komitədə müzakirə ediləndən sonra mövcud sürücülük vəsiqələrinin kütləvi dəyişdirilməsi barədə yanlış məlumat yayıldı. Qanunun qəbulundan sonra qüvvədə olan sürücülük vəsiqələri kütləvi şəkildə dəyişdirilməyəcək. Bu dəyişiklik 2018-cı ildə qəbul edilən qanunun icrası ilə bağlıdır.

Xarici ölkələrə sərnişin və yükdaşıma ilə məşğul olanlar sürücülük vəsiqələrini dəyişməlidirlər. Həmçinin şəxsi maşını ilə xaricə gedənlər də sürücülük vəsiqələrini dəyişməlidir. Xarici ölkələrdə sürücülük vəsiqəsində fərdi identifikasiya məlumatların yazılması tələb edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm