Gənclərlə bağlı bunu BMT-dən daha əvvəl Azərbaycan edib - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Gənclərlə bağlı bunu BMT-dən daha əvvəl Azərbaycan edib - ŞƏRH

Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Publika.az-a açıqlamasında bu sözləri Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin üzvü Azər Badamov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı zamanı səslənən fikirləri şərh edərkən deyib.

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirildiyini və forumda Ulu Öndər Heydər Əliyevin çıxış etdiyini xatırladan millət vəkili çıxış zamanı ölkənin ictimai siyasi həyatında gənclərinin rolunun artırılması haqqında fikirlərin səsləndirildiyini bildirib.

“1997-ci ilfevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycanda Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur. Dünyada isə yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycan gənclərə göstərilən diqqət və qayğıya görə dünya ölkələri arasında ilk yerlərdən birini tutur. Azərbaycan dövləti gənclərə yüksək qiymət və dəyər verir”, - Milli Məclisin üzvü deyib.

Azər Badamov qeyd edib ki, Ulu Öndərin gənclərlə bağlı siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

Bu gün Azərbaycan gəncləri böyük dövlət qayğısı ilə əhatə edilib. Ölkəmizin parlamentində gənclər təmsil olunur, gənclər ölkəmizin ictimai-siyasi həyatında aktiv rol oynayırlar və bu rol ildən-ilə daha da güclənir. Bu, dövlətimizin gənclərə diqqət və qayğısının daha bir nümunəsidir. Sağlam düşüncəli gənc ölkəmizin gələcəyi deməkdir. Məhz bu baxımdan, gənclər siyasəti ölkəmizdə prioritetdir. Gənclərlə bağlı strategiya hazırlanaraq qəbul edilib. Bu da gənclərimizin inkişafına, vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verir. Bu gün Azərbaycan gənci nəinki ölkə daxilində, dünyanın hər bir nöqtəsində Azərbaycanı layiqincə təmsil edir. Çox sevindirici haldır ki, bu gün Azərbaycanda vətənini sevən gənc nəsil yetişib. Gənclər sərhədlərimizin keşiyində dayanıblar, ölkənin təhlükəsizliyinin təmin olunmasına böyük töhfə verirlər. Gənclər Azərbaycan bayrağını dünya arenalarında qaldırırlar. Bütün bunlar təbii ki, dövlətimizin gənclərə olan xüsusi qayğı və diqqətinin sayəsində mümkün olmuşdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm