• USD 1,7000 0,00% EUR 1,9230 +0,22%
    • GBP 2,1260 +0,08% RUB 0,0237 -0,84%

Deputat imkanlı şəxslərə müraciət etdi: "Restoran tikdirənlər..."

Deputat imkanlı şəxslərə müraciət etdi: "Restoran tikdirənlər..."

“Kəndlərdə kitabxana qalmayıb. 120 manat maaş verirdilər, görünür o da kiminsə gözünə çox göründü. Kitabxaların ləğv edildi, kitablar dağıldı. Yüz minlərlə kirill əlifbası ilə olan kitabları çölə atdılar. Kitab sənət əsəridir, nə fərqi var ərəb, ya da kirillə yazılıb”.

Publika.az
xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas Milli Məclisdə “Kitabxana işi haqqında” qanunun müzakirəsi zamanı deyib.

Millət vəkili ənənəvi kitabxanaların elektron kitabxana ilə əvəz edilməsinə etiraz edib:

“Hamı deyir ki, elektron kitabxanaların sayı artırılır. Düşünmürəm ki, kənddə kimsə elektron kitabxanada kitab oxusun. Evində internetə çıxış imkanı olan orada kitab oxuyar elektron kitabxanaya getməyəcək. Elektron kitabxanalar üçün böyük binalar tikiblər, sonra da qapısına “qıfıl” vurublar. Elektron kitabxanada kitab oxumaq əleyhqaz geyinib qızılgül qoxulamaqla eyni şeydir. Rayonlarda kitab mağazaları ləğv edilib, ət satırlar”.

Millət vəkili imkanlı şəxslərin kəndlərdə kitabxana tikdirməsini təklif edib:

“Ağcabədinin Boyat kəndində kitabxana tikdirmişəm. Deputat həmkarlarıma müraciət edirəm, imkanı olanlar hərəsi kəndində bir kitabxana tikdirsin. Təkcə millət vəkillərini demirəm, eləcə də imkanlı şəxslərə də müraciət edirəm. Restoran, məscid tikdirənlər həm də kitabxana tikdirsinlər”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR