Nida Xəbər
Gəncəliyev Qarabağ münaqişəsi ilə bağlı araşdırmaya münasibət bildirdi
Ermənistan-Azərbaycan münaqişəsinin regionumuz üçün törətdiyi ağır nəticələr hamıya məlumdur.
Bunu Publika.az-a Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.
T.Gəncəliyev qeyd edib ki, ilk olaraq bunu, Ermənistanın həyata keçirdiyi təcavüz və işğal siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlı məcburi köçkünlər, o cümlədən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri daha yaxından hiss edirlər:
"Biz inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsilə regionda nəinki hərbi və siyasi təhlükəsizlik və stabillik bərpa olunardı, habelə regionun iqtisadi, humanitar və digər sahələrdə inkişafı istiqamətində daha böyük uğurlar əldə edilə bilər.
Bu müstəvidə, 2019-cu ilin yanvar ayında Brüsseldə aparılmış “Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmanın təqdimatı diqqətimizi cəlb edib. Sözügedən araşdırma mənzil-qərargahı Berlin şəhərində yerləşən “BE Berlin Economics GmbH“ konsaltinq şirkəti tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb.
Araşdırmada vurğulanır ki, münaqişənin tam tənzimlənməsi
sərhədlərin açılması, ticarətin yenidən bərpası, əməkdaşlıq
potensialı, qaçqınlar və məcburi köçkünlərlə bağlı bütün
məsələlərin həlli vasitəsilə Azərbaycan və Ermənistan arasında
münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Xülasədə qeyd
edilir ki, “Dağlıq Qarabağ münaqişəsinin həlli böyük iqtisadi
faydalar gətirəcək və bu hər iki ölkənin iqtisadi marağındadır.
Münaqişənin həllindən 10 il sonra hər iki ölkə daha yüksək inkişaf
yolunda olacaq, eləcə də yaşayış standartları nəzərəçarpacaq
dərəcədə təkmilləşəcək. Bu xüsusda, sülhün iqtisadi faydaları
Dağlıq-Qarabağ münaqişəsinin daimi həllinin tapılmasının lehinə
güclü dəlildir”.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı
icması olaraq, biz də bu məntiqə şərik çıxdığımızı və məhz belə
yanaşmanı dəstəklədiyimizi bildirmək istərdik. Münaqişənin həlli
nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq
imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfi
bunu dəfələrlə bəyan edib.
Regionda sülhün bərqərar olmasının gələcək üçün önəmli olduğuna diqqəti çəkərək, biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa və təmas qurmağa hazır olduğumuzu və müxtəlif müstəvilərdə, o cümlədən iqtisadi və hümanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq".
İcma rəhbərinin sözlərinə görə, şübhəsiz ki, bunun üçün münaqişənin ədalətli həlli prosesi çərçivəsində Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlərin, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin öz doğma torpaqlarına – Dağlıq Qarabağa təhlükəsiz və ləyaqətli şəkildə qayıtması, mülkiyyət hüquqlarından istifadə olunması təmin olunmalıdır:
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!