Zəlzələ ilə bağlı fövqəladə komissiya YARADILDI
Bizi izləyin

Nida Xəbər

Zəlzələ ilə bağlı fövqəladə komissiya YARADILDI

Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb.

Publika.az xəbər verir ki, daha çox dağıntı rayonun Qaybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verlişi tamam dayandırılıb.

Bir müddət öncə isə rayonun bəzi yerlərində elektrik enerjisində baş vermiş fasilə aradan qaldırılıb.

Daha əvvəl AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm