Bakının bəzi yerlərində zəlzələ niyə hiss olunmadı? - Seysmoloqdan AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

Bakının bəzi yerlərində zəlzələ niyə hiss olunmadı? - Seysmoloqdan AÇIQLAMA

Dünən baş verən zəlzələ əsasən Bakının Xətai, Nəsimi, Yasamal rayonlarında hiss olunub. Paytaxtın bəzi ərazilərində hiss olunması, bəzilərində hiss olunmaması həmin ərazilərin seysmik aktivliyi ilə bağlıdır.

Publika.az
xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.

Q.Yetirmişli bildirib ki, Bakıda bəzi ərazilərdə eyni binada zəlzələyə davamlılıq fərqlidir.

“Bəzi binaların bir qolunun yerləşdiyi ərazidə maksimum 8, digər hissəsində 9 bal gücündə zəlzələ qeydə alına bilər. Ona görə də tikinti aparılarkən hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli ola bilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm