"Vulkana yaxın ərazilərdə zəlzələdən sonra püskürmə ola bilər" - Qurban Yetirmişli
Bizi izləyin

Nida Xəbər

"Vulkana yaxın ərazilərdə zəlzələdən sonra püskürmə ola bilər" - Qurban Yetirmişli

Dünənki zəlzələdən sonra Şamaxı, Qobustandakı vulkan ocaqlarında aktivliyin qeydə alınması gözləniləndir.

Publika.az
xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.

Q.Yetirmişli onu da vurğulayıb ki, bu proses həm də vulkandakı proseslə bağlıdır.

“Zəlzələnin palçıq vulkanları ilə əlaqəsi araşdırılır. Əgər vulkanda hazırlıq, sıxılma prosesi baş verirsə, o partlayışla püskürməlidir. Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ baş verəndən sonra püskürmə baş verir.

Püskürmə əsasən 1-2 gün sonra müşahidə edilir. Bizim əməkdaşlarımız hazırda ərazidəki vulkanlardakı gərginliyin hansı səviyyədə olduyğun müşahidə edir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm