Nida Xəbər
"Çudo Peçka"nın sahibi ilə bağlı qərar verildi - 21 milyonluq...
"Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz
Cəlilovun barəsində hökmdən apelyasiya şikayəti üzrə məhkəmə
prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində
hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan
edilib.
Qərara görə, Çingiz Cəlilovun barəsində bəraət hökmünün çıxarılması
barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz
Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan
kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə
birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən
şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərin təsisçisi
Çingiz Cəlilov "Bank Standard" QSC Kommersiya Bankının İdarə
Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan
razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində
krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları
və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi
cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin
alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər
təyinatlarla rəsmiləşdirilməsinə nail olub.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya
külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə
dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin
dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul
vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli
şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr
üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli
miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş
özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham
elan olunub.
İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın
İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!