Samur çayı üzərindəki körpünün tikinti işlərinə baxış keçirildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Samur çayı üzərindəki körpünün tikinti işlərinə baxış keçirildi - FOTO

Azərbaycan və Rusiya nümayəndə heyəti Samur çayı üzərində tikilməkdə olan körpünün tikinti işlərinə baxış keçirir.

Publika.az xəbər verir ki, tədbirdə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Azərbaycan İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edir.

Qeyd edək ki, uzunluğu 325.3 m, eni 17, 3 metr olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur. Körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilir. Körpünün seysmik davamlılığı 9 baldır.

Körpü 5 aşırımlıdır. Kənar aşırımların uzunluğu 54 metr, orta isə 69 metrdir. Bu körpüdə piyadaların gediş-gəlişi üçün qapalı piyada keçidi nəzərdə tutulub və eni isə 3.75 metrdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm