Azərbaycan Prezidentinin bütün vədləri əməli fəaliyyətində təsdiqini tapır - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Prezidentinin bütün vədləri əməli fəaliyyətində təsdiqini tapır - ŞƏRH

Azərbaycan Prezidenti həmişə bəyan edib ki, bizim siyasətimizin bünövrəsində duran əsas amil xalqa xidmət etmək, xalqımızın maddi-rifah halını yaxşılaşdırmaqdır.

Publika.az-a açıqlamasında bu sözləri millət vəkili Elman Məmmədov “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamı şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin verdiyi bütün sözlər və vədlər yerinə yetirilir:

“Azərbaycan Prezidentinin dediyi bütün sözlər, verdiyi bütün vədlər əməli fəaliyyətində, gördüyü işlərdə təsdiqini tapır. Minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncam da növbəti belə bir addımdır. Cənab prezidentimizin xalqımızın, vətəndaşlarımızın sosial durumu ilə bağlı imzaladığı fərmanlar, sərəncamlar, verdiyi göstərişlər saysız-hesabsızdır. Verilən sözlər əməli işdə öz təsdiqini tapır və xalqımız da bunu görür, yüksək qiymətləndirir, alqışlayır. Xalqın bir nümayəndəsi kimi, təbii ki, mən də bu addımı alqışlayıram. Cənab prezidentimzin fəaliyyəti ona əsaslanıb ki, dövlətimiz inkişaf etsin, güclənsin, eyni zamanda hakimiyyətin mənbəyi olan xalqımızın rifahı, güzəranı gündən-günə yaxşılaşsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm