• USD 1,7000 0,00% EUR 1,9090 -0,31%
    • GBP 2,1180 -0,27% RUB 0,0241 +0,41%

Türkiyədə “kreditlə" istirahət - QİYMƏTLƏR

Türkiyədə “kreditlə" istirahət - QİYMƏTLƏR

Turizm firmaları yay mövsümündə istirahət etmək istəyən vətəndaşlara “hissə-hissə ödəniş” imkanı elan ediblər.

Axar.az xəbər verir ki, Antalya, Bodrum, Yesentuki, Kislovodski, Karlovı-Varı və s. turistik istiqamətlərə getmək istəyənlər indidən məbləğin 30 faizini ödəyir, yerdə qalan məbləği hissə-hissə, getməyə iki həftə qalmışa qədər ödəmək imkanı qazanır.

Ona görə də yayda istirahət planı quranlar yanvar-fevral aylarında otellərini bronlayırlar, hər ay maaşdan ödəniş etməklə işlərini yüngülləşdirirlər.

Hazırda Yesentuki sanatoriyalarında 15 günlük istirahət və müalicə adambaşına təxminən 700-1000 manat civarında dəyişir. Bu fərq təyyarə, yoxsa avtobusla getməkdən asılıdır.

Antalyada beşulduzlu oteldə bir həftə iki adamın dincəlməyi isə təxminən 2000-2200 manata başa gəlir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR