Azərbaycana biz də sahib çıxmasaq, kim çıxacaq?! - Çavuşoğlu
Bizi izləyin

Nida Xəbər

Azərbaycana biz də sahib çıxmasaq, kim çıxacaq?! - Çavuşoğlu

“Qardaş Azərbaycana sahib çıxmasaq, işğal edilmiş torpaqlarının azad edilməsi üçün çalışmasaq, Azərbaycana kim sahib çıxacaq?”

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antaliyada bələdiyyə seçkilərinə namizədlərlə görüşündə deyib. O, bildirib ki, bu gün bir olmaq zamanıdır. Çünki içəridə xəyanət şəbəkəsi mövcuddur: “Bu gün Avropada Türk-islam əleyhinə aparılan işlərə qarşı necə mücadilə edə bilərik? Bizi 100 ildir gözləyənlərin ümidini boşa çıxarmamaq üçün nə etməyimiz lazımdır? Biz əcdadlarımızla qürur duyuruq. Amma zillət ittifaqı içində olanlar əcdadlarımızı inkar edir. Dünyanın hər yerində əcdadlarımızın buraxdığı əsərlər var. Bunlara sahib çıxmaq bizim borcumuzdur.

Azərbaycana, Orta Asiyada türk birliyinə sahib çıxıb birləşdirməsək, kim birləşdirəcək?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm