Bahar Muradova: Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır
Bizi izləyin

Nida Xəbər

Bahar Muradova: Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının artırılması bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır. Bu ölkədə yüzminlərlə işçinin aylıq maaşının artmasına imkan verəcək.

Bunu Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Onun sözlərinə görə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin uğurla həyata keçirilməsinə böyük zəmin yaradıb: “Xüsusi vurğulamaq lazımdır ki, dövlətimizin həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən dövlət siyasəti nəticəsində əldə olunan möhtəşəm nailiyyətlər ölkəmizin daha da inkişaf etməsi üçün yeni perspektivlər açıb”.

B.Muradova qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsini sosial siyasət təşkil edir: "Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialının güclənməsindən bütün ölkəboyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur".

Vitse-spiker vurğulayıb ki, ötən 15 ildə bu sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin formalaşmasını təmin edib: "Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və s. istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir və bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır". (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm