Vahid Əhmədov dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Vahid Əhmədov dollar kreditləri ilə bağlı prezidentə müraciət etdi

“Hazırda dollar kreditləri ilə əlaqədar olaraq məhkəmələrdə 200 minə yaxın iş var”.

Publika.az-ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında deputat Vahid Əhmədov deyib.

O, ölkə başçısı tərəfindən aparılan islahatları müsbət qiymətləndiridiyini bildirib və vurğulayıb ki, hazırda narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır:

“İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın”.

Deputat vurğulayıb ki, dollar krediti ilə bağlı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm