O, jurnalistikaya ləkədir - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

O, jurnalistikaya ləkədir - ŞƏRH

“İkram Rəhimov reketdi, bütün əməli ilə jurnalistikaya ləkə, cəmiyyətə təhdiddir. Onun əməlləri bütövlükdə cinayətdir”.

Bu sözləri Publika.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Onun sözlərinə görə, İkram Rəhimov insanlara mənəvi terror edərək çirkin niyyətlərini həyata keçirib:

“İnsanlardan müxtəlif məqsədlərlə pul almaq, toyuq alveri etməklə dələduzluq edib. Onun əməlləri birmənalı şəkildə maddi sübut kimi də təsdiqini tapır. Dəfələrlə Mətbuat Şurasında onunla bağlı xəbərdarlıq edilib, ona əməlindən çəkinmək tövsiyə edilib. Həmçinin peşə-davranış qaydalarını pozduğuna görə qara siyahıya salınıb. Bu insanın jurnalistikaya aidiyyəti yoxdur, jurnalistikaya ləkədir. O, dövlət qanunları qarşısında məsuliyyət daşıyır və törətdiyi əməllərə görə də cavab verəcək. O, mətbuat Şurası İdarə heyəti üzvlərinə qarşı da dəfələrlə böhtan xarakterli, qərəzli, təhqir dolu ifadələr səsləndirib. Hər gün dəfələrlər ondan Mətbuat Şurasına şikayətlər daxil olurdu. Artıq o faktlar əsasında əməllərinə görə cəzalanacaq. Hesab edirəm ki, açıqlanan səs yazısı onun əməllərinin bir hissəsidir. Onun digər cinayət əməlləri proses zamanı aydınlaşacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm