Azərbaycanda yeni medal təsis olunur
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda yeni medal təsis olunur

Azərbaycanda yeni medal təsis olunur.

Bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə medalların sırasına daha biri – “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919 – 2019)” medalı əlavə edilir.

Yubiley medalı ilə Azərbaycanın diplomatik xidmət orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, diplomatik xidmətdə yüksək nəticələr əldə edən diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər, diplomatik xidmət orqanlarının veteranları, habelə Azərbaycanın beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində fəal iştirak edən və diplomatik xidmət orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

Medal diametri 36 mm olan, qızıl suyuna çəkilmiş dairəvi bürünc lövhədən ibarətdir.

Medalın arxa tərəfinin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI” sözləri, mərkəzində “XARİCİ İŞLƏR NAZİRLİYİ” sözləri yazılıb.

Layihə Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm