Azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban xalqlar olub - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban xalqlar olub - DEPUTAT

“Azərbaycanlılarla çeçenlər tarixən dost və mehriban xalqlar olub. Bizi həm mədəniyyət, həm də dini bağlar birləşdirir”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov Moskvada azərbaycanlılarla-çeçenlər arasında baş verən insidentlə bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, bəzi siyasi dairələr azərbaycanlılarla çeçenlər arasında məişət zəminində baş vermiş insidentdən şou yaratmağa çalışır:

“Təbii ki, bu cəhdlər qəbuledilməzdir. Azərbaycanlılarla çeçenlər əsrlərdir qonşuluq münasibətində yaşayır., Azərbaycanla Çeçenistan Respublikası arasındakı münasibətlər yüksək səviyyədədir. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında çox sıx dostluq münasibətləri var. Dövlətlərimiz, dövlət başçılarımız, xalqlarımız dost olduğu bir halda heç kim bizim aramıza girə bilməz. Ona görə də məişət zəminində baş vermiş bu xoşagəlməz hadisəyə başqa don geyindirmək düzgün deyil. Burada heç bir halda iki xalq arasında toqquşmadan söhbət gedə bilməz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm