Nida Xəbər
Azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda... - DEPUTAT
Fevralın 15-də Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Azərbaycan və Çeçenistan xalqları arasında tarixin çox dərinliklərindən gələn və çoxsaylı sınaqlardan keçən dostluq və qardaşlıq münasibətləri mövcuddur: "Bu münasibətləri heç kəs sarsıda biməz, ona zərbə vura bilməz. Ən yaxın siyasi tariximizin çətin dövrlərində də sübut olunub ki, çeçenlər və azərbaycanlılar əcdadlarımızdan bizə miras qalan dostluq və qardaşlıq ənənələrinə sadiqdirlər. Şimali Qafqaz münaqişəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirməli oldu. Azərbaycanlılar da Şimali Qafqazda yaşayan çoxsaylı xalqlarla ənənəvi dostluq münasibətlərini daima inkişaf etdirərək diqqət mərkəzində saxlayıblar".
H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti Rusiya Federasiyasının regionları ilə əməkdaşlıq çərçivəsində Şimali Qafqaz xalqları ilə münasibətlərin dərinləşməsinə böyük diqqət göstərir: "Elə Çeçenistan Prezidenti Ramzan Kadırov da daxil olmaqla, qonşu subyektlərin hamısının rəhbərləri ilə Azərbaycanın xüsusi münasibətləri var".
Millət vəkili vurğulayıb ki, məişət zəminində hadisəni milli münaqişə kimi təqdim etmək olmaz:
"Elə azərbaycanlıların da öz aralarında münaqişə zəminində Moskvada və Rusiyanın digər yerlərində bir-birinə xətər yetirdiyi, hətta ölümlə nəticələnən cinayət hadisələri törətdiklərini bilirik. Ancaq mən məsələnin bir başqa aspektinə də diqqəti yönəltmək istəyərdim. Bu, məişət hadisəsinə milli münaqişə rəngi verməkdə maraqlı olan üçüncü qüvvələr ola bilər. Məsələnin xoşagəlməz tərəfi də budur".
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub