Fazil Mustafa: Bu hadisə Azərbaycan-Çeçenistan dostluğuna heç bir zərər verə bilməz
Bizi izləyin

Nida Xəbər

Fazil Mustafa: Bu hadisə Azərbaycan-Çeçenistan dostluğuna heç bir zərər verə bilməz

“Azərbaycan və çeçen xalqları arasında mövcud olan dostluq münasibətləri müəyyən qüvvələri narahat edir. Görünür, bu qüvvələr təxribatlarla münasibətlərimizi korlamağa çalışırlar. Lakin buna nail ola bilməyəcəklər”.

Publika.az
-a açıqlamasında bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Rusiyada çeçenlərlə azərbaycanlılar arasında məişət zəminində baş verən hadisəni şərh edərkən deyib.

F. Mustafa qeyd edib ki, məişət zəminində baş vermiş hadisəni iki dost xalqın arasında düşmənçilik amilinə çevirmək yolverilməzdir.

“Məsələyə əvvəlcə Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov, ardınca Çeçenistan Respublikasının naziri münasibət bildirdi. Bu, məsələnin nə qədər həssas olduğunu göstərir. İki xalqın dostluğuna xələl gətirə biləcək hadisələr yolverilməzdir. Buna görə də belə məişət hadisələrinin təkrarlanmamasına çalışmalıyıq”. – deyə deputat vurğulayıb.

Milli Məclisin üzvü baş verən hadisənin Azərbaycan və Çeçenistan dostluğuna zərrə qədər də xələl gətirməyəcəyini diqqətə çatdırıb: “Hər iki tərəf anladı ki, belə hadisələr bizə qarşı olan qüvvələrin əlində alət ola bilər. Vaxtilə çeçenlərin ağır günlərində azərbaycanlılar onlara böyük dəstək verib, çeçenlər də Qarabağ müharibəsində azərbaycanlılara dəstək veriblər. İki xalqı möhkəm tellər bağlayır, buna görə də dostluğumuza xələ gətirə biləcək hadisələrdən çəkinməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm