Nida Xəbər
Çeçenlər və azərbaycanlılar birgə bəyanat yaydı: TƏXRİBATDIR - - VİDEO
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır.
Bu barədə Moskvada yaşayan azərbaycanlı və çeçenlərin birgə bəyanatında deyilir.
Bəyanatda deyilir: “Biz dinc şəkildə yaşayırıq və bir-birimizə hörmət edirik. Müsəlman olun, düzgün olun, dininizi, öz qardaşlarınızı sevin. Azərbaycanlılar və çeçenlər indiki vəziyyətdən narahatdır. Bu təxribatdır. Azərbaycanlılar və çeçenlər heç vaxt düşmən olmayıb. Biz vahid Qafqaz evində yaşamışıq. Mən bu videonu yayan dostlarıma səslənmək istəyirəm: dostluq və qarşılıqlı anlaşma haqqında videolar yayın. Biz hər zaman qardaş olmuşuq və qardaş qalacağıq. Biz yüzilliklər boyunca birgə olmuşuq və birgə qalacağıq. Aramızda düşmənçilik olmayıb və ola da bilməz. Biz müsəlmanıq və biz qardaşıq”.
Bəyanatda bildirilir ki, iki-üç nəfər arasında anlaşmazlıq milli anlaşmazlığa çevrilib:
“Biz hamımız qardaşıq, bizim bölüşmədiyimiz heç nə yoxdur. Biz müsbət söz danışanları alqışlayırıq, mənfi şərhlərə köklənənləri isə susmağa çağırırıq. Xalqlarımız hər zaman ümumi dil tapıb və tapacaq. Bizim bir torpağımız, bir Allahımız var, biz hamımız qardaşıq. Azərbaycanlılar bizim qardaşımızdır. Heç kimin qardaş Azərbaycan xalqını təhqir etməyə ixtiyarı yoxdur. Bu videoyazı təxribatdır”.
Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub. (trend)
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO