Nida Xəbər
Azərbaycan və Çeçenistan xalqları arasında münaqişənin qızışdırılmasına imkan verməyəcəyik - Çeçen nazir
Azərbaycanlılarla çeçenlər arasında münaqişənin yaranmasında maraqlar barədə bir neçə versiya ola bilər və bu versiyaların hər biri mümkündür.
Bunu Trend-ə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov Moskvada baş vermiş insidenti şərh edərkən deyib.
Nazirin sözlərinə görə, bu insident Rusiyada yaşayan iki nüfuzlu icmanı bir-birindən küsdürmək və bununla etnik zəmində toqquşmalar yaratmaq cəhdidir:
“Birincisi, biz buna imkan verməyəcəyik. İkincisi, konkret olaraq Azərbaycan və çeçen xalqlarının ünvanına demək istəyirəm ki, kriminal strukturların münaqişələrinin əcdadlarımızın yaratdığı möhkəm qardaşlığı dağıtmasına imkan verməyəcəyik. Biz böyük sivilizasiyanın, böyük mədəniyyətin, Qafqaz adlanan vahid məkanda yaşayan xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin varisləriyik”.
Daha sonra nazir Azərbaycan xalqına səslənib:
“Mən Azərbaycan xalqının ünvanına demək istəyirəm: Sənə sülh arzu edirəm, Azərbaycan. Azərbaycan xalqını təhqir edən və ya azərbaycanlıların adından çeçen xalqını təhqir edən hər kəs cəzalandırılacaq. Biz bu barədə azərbaycanlı qardaşlarımızla çoxdan razılığa gəlmişik və bütün hüquqazidd əməllərin qarşısını alacağıq”.
C.Umarov əlavə edib ki, cinayətkarlıq heç vaxt Azərbaycan və Çeçenistanın qardaş xalqları arasında inkişaf və mehriban qonşuluq yolunda maneə olmayacaq.
Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO