Moskvadakı hadisələrlə bağlı çeçen nazirdən VACİB AÇIQLAMA – VİDEO
Bizi izləyin

Nida Xəbər

Moskvadakı hadisələrlə bağlı çeçen nazirdən VACİB AÇIQLAMA – VİDEO

Moskvada çeçenlər və azərbaycanlılar arasında baş vermiş təxribat xarakterli silahlı toqquşmadan sonra bəzi qüvvələr bunu iki xalq arasında düşmənçiliyə çevirməyə cəhd ediblər.

Publika.az xəbər verir ki, hadisədən dərhal sonra çeçen və azərbaycanlı fəallar bir araya gələrək belə təxribatların genişlənməsinə yol verməyəcəklərini bildiriblər. Baş vermiş hadisədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də vəziyyəti şəxsi nəzarətinə götürüb və bununla bağlı olaraq Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müvafiq göstərişlər verib.

Son olaraq Çeçenistanın Mətbuat və İnformasiya naziri Canbulat Umarov da Azərbaycanın İctimai Televiziyasına müsahibə verərək təxribatların uğur qazanmayacağını bəyan edib. O, iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmayacağını bir daha vurğulayıb.

Nazirin açıqlamasını təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm