Zakir Həsənov Türkiyənin silahları ilə tanış oldu - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Zakir Həsənov Türkiyənin silahları ilə tanış oldu - FOTO (YENİLƏNDİ)

Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən Türkiyə Respublikasının Makina və Kimya Sənayesi Qurumu, ROKETSAN, ASELSAN və Otokar şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Z.Həsənov şirkətlərin rəhbərləri ilə görüşərək iki ölkə arasında hərbi texniki sahədə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Müdafiə naziri hərbi sahədə birgə layihələrin hər iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib.

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Müdafiə naziri Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun dəvəti ilə Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən İDEX - 2019 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib.

Publika.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata əsasən, mərasimdən sonra general-polkovnik Z.Həsənov sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələrinə baxış keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm