Azərbaycanlı gənc fəal Amerika prezidenti ilə birlikdə ALLAHA DUA ETDİ - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlı gənc fəal Amerika prezidenti ilə birlikdə ALLAHA DUA ETDİ - FOTO

Azərbaycanlı gənc Dr. Vüqar Şahbazlı Amerika Prezidenti və amerikalı senatorlarla birlikdə səhər yeməyində dua edib.

Publika.az xəbər verir ki, Dr.Vüqar Şahbazlı Millennial Düşüncə Mərkəzinin təsisçi üzvü, hər il 1953-ci ildən Amerika Prezidenti, senator ve konqresmenlərin iştirakı ilə ABŞ Waşinqton, DC-də keçirilən 67-ci Milli Dua Ziyafətində iştirak edib.

Ziyafətin ikinci günündə iştirakçılar ABŞ prezidenti Donald Trampla səhər yeməyinə qatılmış və dünyada xalqlararası və dinlərarası sülhün bərqərar olması üçün birlikdə dua ediblər.

Dr. Vüqar Şahbazlının ziyafətdə bir çox amerikalı konqresmen və senatorlar, Albaniya və Qananın Prezidenti ilə görüşmək imkanı olub.

Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətlərini, bir milyondan çox məcburi köçkünümüzün haqq səsini və Xocalı soyqırımı haqqında görüşləri zamanı geniş izah etməyə çalışıb.

Azərbaycan və Türkiyənin Amerika ilə münasibətlərinin daha da möhkəmlənməsi, ABŞ-ın qardaş Türkiyəyə PKK və onun qolu olan YPG-PYD ilə mübarizədə tam dəstək olması, NPB-nin təşkilatçı üzvləri ilə də görüşlər zamanı müzakirə edib.

Təşkilatçı qrup üzvlərinə və konqresmenlərə Azərbaycanın dünya ölkələri arasında dinlərarası tolerantlıq və multikulturalizm üzrə nümunə ölkə olması və bu uğurun birbaşa cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın böyük əməyi nəticəsində əldə olunduğunu çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm