Nida Xəbər
BAXCP Moskvadakı olaya münasibət bildirdi
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP)
İdarə Heyətinin iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda ictimai-siyasi
və cari məsələlər müzakirə olunub. Müzakirə çərçivəsində ötən həftə
Rusiyanın paytaxtı Moskva şəhərində çeçen millətindən olan bir qrup
şəxsin azərbaycanlıların ictimai-iaşə obyektinə hücumu nəticəsində
yaranan qarşıdurmaya, bəzi qüvvələrin yaranmış vəziyyətdən
sui-stifadə etmək cəhdlərinə də toxunulub. İdarə Heyətinin
iclasında Qafqazın aborigen xalqları olan azərbaycanlılarla
çeçenləri yüzillərin sınağından keçmiş dostluq münasibətlərinin,
ortaq dəyərlərin və ənənələrin birləşdirdiyi, ən çətin günlərdə bu
iki xalqın nümayəndələrinin bir-birinə dəstək verdikləri
vurğulanıb. Qeyd olunub ki, hadisələrin inkişaf dinamikası, sosial
şəbəkələrdə və bəzi digər internet resurslarında azərbaycanlı-çeçen
qarşıdurmasına çağırışlar baş verənlərin öncədən hazırlanmış
təxribat olduğuna şübhə yaradır:
“Çeçen xalqının ayrı-ayrı xarici ölkələrdə, o cümlədən Belçikada
sığınacaq tapmış bəzi nümayəndələrinin azərbaycanlıların, eləcə də
digər xalqlarının nümayəndələrinin kütləvi şəkildə qətlə
yetirilməsi ilə bağlı çağırışları, çoxsaylı şikayətlərə baxmayaraq,
bu qəbildən olan çağırışların hələ də YouTube və bu kimi digər
sosial şəbəkələrdən silinməməsi prosesin arxasında Qafqaz
xalqlarını qarşıdurmaya sövq etmək niyyəti güdən qüvvələrin
dayandığını sübuta yetirir. BAXCP İdarə Heyəti hesab edir ki, açıq
şəkildə terrora, insanları etnik mənsubiyyətinə görə qətlə
yetirməyə və digər insanlıq əleyhinə cinayətlərə çağırış edən
şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində
təxirəsalınmaz tədbirlər görülməli, onların yaşadıqları ölkələrin
müvafiq dövlət qurumları qarşısında belə şəxslərin cinayətkar
əməllərinə son quyulması ilə bağlı vəsatət qaldırılmalıdır.
BAXCP Rusiyada yaşayan azərbaycanlıları və çeçen diasporunun
nümayəndələrini üçüncü qüvvələrin, o cümlədən Ermənistanın xüsusi
xidmət orqanlarının təxribatlarına uymamağa, sayıq olmağa,
təxribatlara qarşı vahid mövqe nümayiş etdirməyə çağırır”.
Naxçıvanda ASAN Xidmət mərkəzləri açılsın
BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan digər məsələ
xaricdə yaşayan Azərbaycan vətəndaşlarına müvafiq dövlət
xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron
qaydada göstərilməsi ilə bağlı olub. BAXCP İdarə Heyəti Diasporla
İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin bu istiqamətdə planlaşdırdıqları işləri təqdir
etdiyini bildirib.
Qeyd olunub ki, xarici ölkələrdə, o cümlədən qardaş Türkiyədə
yaşayan Azərbaycan vətəndaşlarının müvafiq sənədlərlə, həmçinin
şəxsiyyət vəsiqələri ilə təmin edilməsi onların hüquqularının
qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. BAXCP İdarə Heyəti
ümid edir ki, bu işbirliyi çərçivəsində Türkiyədə, əsasən İstanbul
şəhərində kompakt şəkildə yaşayan, Naxçıvandan olan
vətəndaşlarımızın da şəxsiyyət vəsiqələri və digər sənədlərlə təmin
edilmələrinə imkan yaradılacaq.
BAXCP İdarə Heyəti Azərbaycan hökumətini iş tapmaq məqsədi ilə
paytaxt Bakıya və ölkənin digər ərazilərinə köç edən Naxçıvan
sakinlərinə, Naxçıvana gediş-gəlişin çətin olduğu nəzərə alınaraq,
yaşadıqları ərazilərdə şəxsiyyət vəsiqəsi və digər sənədləri ala
bilmələri üçün müvafiq tədbirlər həyata keçirməyə çağırıb. BAXCP
İdarə Heyəti hesab edir ki, Naxçıvan Muxtar Respublikasının da
müvafiq dövlət qurumları ASAN Xidmət sisteminə inteqrasiya edilməli
və Muxtar Respublikanın ərazisində ASAN Xidmət Mərkəzləri
açılmalıdır.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi