Millət vəkili: "Ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələr qısqanclıqla qarşılanır" - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: "Ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələr qısqanclıqla qarşılanır" - - VİDEO

Azərbaycana qarşı “hibrid müharibə” davam edir.

Prezident İlham Əliyev Real TV-yə müsahibəsində Azərbaycan mediasına həm də bir mesaj verir. Xatırladır ki, müharibə davam edir. Təkcə cəbhədə yox, həm də ölkə hüdudlarından kənarda.

Görünən odur ki, hər vəchlə Azərbaycanın inkişafına, artan qüdrətinə kölgə salmağa çalışan antiazərbaycan qüvvələri getdikcə mövqelərini möhkəmlədir, Azərbaycanı gözdən salmağa çalışır, onun bütün sahələrdə artan dinamik inkişafı, ölkəmizin həyata keçirdiyi beynəlxalq layihələr qısqanclıqla qarşılanır.

Belə qüvvələrə qarşı müqavimətin başında isə sözsüz ki, 4-cü hakimiyyət gəlir və bu gün yerli mediadan gözləntilər böyükdür.

Daha ətraflı süjetdə:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm