Nida Xəbər
Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı - SENSASİYA/VİDEO
Moskvadakı “Neolit” kafesində bir qrup azərbaycanlı ilə çeçen arasında baş vermiş insidentin səbəbkarı erməni olub.
Axar.az xəbər verir ki, İnformasiya Təşəbbüsləri Mərkəzinin rəhbəri Fuad Abbasov apardığı jurnalist araşdırmasından sonra bu cür sensasion bəyanatla çıxış edib.
Abbasov özünün Rusiya hüquq-mühafizə orqanlarına ünvanlanan videomüraciətində münaqişənin ilk günündə çeçenlərin hansısa azərbaycanlını axtardığını bildirib:
“Onlar Vatsapda və digər sosial şəbəkələrdə bir-birilərinə həmin azərbaycanlının fotosunu göndəriblər. Çeçenlərin fikrincə, məhz həmin şəxs günahkar olub və onu cəzalandırmaq lazımdır. Bununla belə, azərbaycanlının adı qeyd olunmayıb”.
Daha sonra isə jurnalist çeçenlərin axtardığı həmin “azərbaycanlı”nın pasportunun şəklini göstərir.
Məlum olur ki, bütün baş verənlərin günahkarı, çeçenlərin axtardığı şəxs özünü azərbaycanlı kimi qələmə verən Ermənistan vətəndaşı 1993-cü il təvəllüdlü Harnik Aramoviç Vardanyandır.
Qeyd edək ki, Abbasov videonun 06:44-cü dəqiqəsindən etibarən informasiyanı Azərbaycan dilində təqdim edir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK