Pensiya və sosial müavinətlərin təyin olunması ilə bağlı YENİLİK
Bizi izləyin

Nida Xəbər

Pensiya və sosial müavinətlərin təyin olunması ilə bağlı YENİLİK

Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər Milli Məclisin bugünkü iclasında müzakirə edilib.

Publika.az
xəbər verir ki, qanun layihələri barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, bu dəyişikliklərdə əlçatanlıq, şəffalıq, məşğulluqla bağlı imkanlar öz əksini tapır.

“Qanunda cəzaçəkmə müəssisəsində pensiyaların, sığorta ödənişlərinin mərkəzləşmiş qaydada həyata keçirilməsi nəzərdə tutulur. Yəni müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərə əmək pensiyalarının təyin edilməsi şərtləri və qaydası "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən ediləcək. Bu qrup şəxslərə sosial müavinətlərin təyin edilməsi şərtləri və qaydası "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən ediləcək.

Bununla yanaşı, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş işləyən şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi şərtləri və qaydası, həmçinin qadın məhkumların hamiləliyə və doğuşa görə müavinətlə təmin olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədilə cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məlumatları həmin şəxslərin bu Məcəllənin 71.1-ci maddəsinə uyğun olaraq cəzaçəkmə müəssisəsinə qəbul edildiyi gündən 10 gün müddətində müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə ötürür və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir”.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm