Deputatdan VACİB AÇIQLAMA: "Bu problem aradan qaldırılmalıdır”
Bizi izləyin

Nida Xəbər

Deputatdan VACİB AÇIQLAMA: "Bu problem aradan qaldırılmalıdır”

“Ölkədə ələbaxımlı vətəndaşların sayını artırmaq dövlətimizin siyasətinə uyğun deyil. Bizi haqsız rəqabət, inhisarçılıqla bağlı vəziyyət narahat edir”.

Publika.az
xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa "Əmək pensiyaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, bəzi sahələr istisna olmaqla, inhisarçılıq yavaş-yavaş aradan qaldırmalıdır.

“Tikinti sektorunda vəziyyət bəllidir. Xarici investorların ölkəyə gəlməsinə imkan yaratmalıyıq. Ölkədə turizm mərkəzləri açılır. Lakin onlar daha çox dövlətin dəstəyi əsasında fəaliyyətə başlayır.

Əlbəttə, pensiyaları artırmaq aztəminatlı ailə üçün vacibdir. Digər tərəfdən biz yeni imkanlar üçün yol açmalıyıq. Bu baxımdan ən yaxın zamanda Rəqabət Məcəlləsi qəbul edilməlidir. Hansı sahibkarın, investorun hüququ pozulursa, qısa zamanda bu problem aradan qaldırılmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm