"Məsələni çox aşağılayırıq" - Spikerdən Fazil Mustafaya CAVAB
Bizi izləyin

Nida Xəbər

"Məsələni çox aşağılayırıq" - Spikerdən Fazil Mustafaya CAVAB

“Vəkilliyi dövlət məmuru statusuna çevirməklə nə əldə edirik? Vəkillikdə iki mərhələli imtahana nə ehtiyac var. Şifahi imtahandakı sualların bəzisini yazılı imtahana salınmaqla məsələni həll etmiş olarıq”.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü plenar iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, vəkilliyə qəbulu asanlaşdırmaq lazımdır:

“Şifahi imtahanda bu peşəyə qəbul olanların nitq qabiliyyəti yoxlanıla bilər. 100 nəfərdən 1-inin nitqində problem ola bilər. Lakin 1 nəfərə görə iki mərhələli imtahan keçirmək doğru deyil. Əgər kimsə yaxşı vəkil olmayacaqsa, insanlar müraciət etməyəcək.

Vəkilliyə qəbul imtahanından kəsilənin təkrar imtahan üçün bir il gözləməsi doğru deyil. Bu işsizliklə bağlı da ciddi məsələdir. Prosesi bu cür mürəkkəbləşdirməyin nə faydası var? Biz nümayəndəlik institutunu ləğv etdik, bunu da doğru hesab etmirəm. Mövcud vəziyyət göstərir ki, vəkilliyə daxil olanların sayının artırılmasına şərait yaratmaq istəmirik. Vəkil hazırlıqsız olacaqsa, kimə nə ziyan olacaq? Sadəcə müştərisi olmayacaq”.

Spiker Oqtay Əsədov isə millət vəkilinin fikri ilə razılaşmayıb:

“Vəkillik məsələsini çox aşağılayırıq. Onlar əhaliyə, dolayısı ilə dövlətə xidmət edir. Nə üçün əhaliyə, dövlətə xidmət edən bu şəxslərin işi belə aşağılanmalıdır. Vəkillər savad baxımdan prokurorluqla eyni səviyyədə olmalıdır. Yaxşı imtahan verməyənlər bir il daha hazırlaşmalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm