Azərbaycanda energetik içkilərin bu şəxslərə satışı qadağan edilir
Bizi izləyin

Nida Xəbər

Azərbaycanda energetik içkilərin bu şəxslərə satışı qadağan edilir

Azərbaycanda spirtli içki, tütün məmulatları, eləcə də bütün növ energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışı qadağan ediləcək.

Publika.az
xəbər verir ki, bu məsələ "Gənclər siyasəti haqqında" qanuna edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər.

Dəyişikliklərdə həmçinin Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib.

Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

Dəyişikliklər səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm