"Müəllimlərin əmək haqqı artırılmalıdır" - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

"Müəllimlərin əmək haqqı artırılmalıdır" - Millət vəkili

"Dövlət ümumi təhsil müəssisəsində ödənişsiz tibbi xidmət dövlət tərəfindən təşkil edilir. Lakin bələdiyyə və özəl müəssisələrdə pulsuz tibbi xidmət təşkil edilmir. Burada fərq qoymasaq, daha yaxşı olardı".

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında çıxışı zamanı səsləndirib.
Millət vəkili ümumtəhsil məktəblərinə investor cəlbi üçün müəyyən güzəştlərin təklif edilməsinə diqqət çəkib:

“Qanunda göstərilib ki, ümumi təhsil müəssisələrinə yerli və xarici investorların cəlb edilməsi üçün əlverişli investisiya mühiti yaradılmalıdır. Əlverişli mühit geniş anlayışdır. Bu ifadə dəqiqləşməlidir. Əlverişli mühit deyəndə güzəştli şərtlərlə kredit verilməsi, torpaq sahəsinin ayrılması, vergi güzəştlərindən danışıla bilər. Ümid edirəm ki, bunların hamısı öz əksini tapacaq”.

Q.Həsənquliyev onu da vurğulayıb ki, son vaxtlar təhsilin stimullaşdırılması üçün işlər vacibdir.

“Ümumtəhsil sahəsində təhsil verənlərin sosial rifahının yaxşılaşması vacibdir. Bunun üçün də ölkəmizdə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əmək haqqı artırılmalıdır. Bir çox sahələrdə olduğu kimi müəllimlərin mimnimum əmək haqqının aşağı həddi müəyən edilməlidir. Hər dəfə repititorluq məsələsini qaldırırıq, bu problemin həlli üçün müəllimlərin əmək haqqı ölkədəki orta aylıq əmək haqqından az olmamalıdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm