Polad Bülbüloğlu və Zabit Səmədov eyni masada: Azərbaycan və çeçen ağsaqqaları görüşür - FOTO
Bizi izləyin

Nida Xəbər

Polad Bülbüloğlu və Zabit Səmədov eyni masada: Azərbaycan və çeçen ağsaqqaları görüşür - FOTO

Rusiyanın paytaxtı Moskva şəhərində "Prezident hotel"də Azərbaycan və çeçen ağsaqqallarının görüşü keçirilir.

Görüşdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, diplomatik korpusun əməkdaşları, Azərbaycan diasporunun təmsilçiləri və Çeçenistan Respublikasının Moskvadakı daimi nümayəndəsi Bekxan Taymazaxanov iştirak edirlər.

Görüşdə Moskvada azərbaycanlılarla çeçenlər arasında baş vermiş insident müzakirə olunur.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm