Kimlərinsə cəfəng və gülünc iddialar irəli sürməsi... - ŞƏRH
Bizi izləyin

Nida Xəbər

Kimlərinsə cəfəng və gülünc iddialar irəli sürməsi... - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezidentliyinin ilk günündən bəyan edib ki, bizim siyasətimizin, işimizin kökündə xalqımızın, hər bir insanımızın sosial durumunun gündən-günə yaxşılaşdırılması prinsipi durur.

Publika.az-a açıqlamasında bu sözləri millət vəkili Elman Məmmədov “Milli Şura”nın əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atacağı addımlara dair sızan məlumatları əlində bayraq edib siyasi xal qazanmağa cəhd göstərməsini şərh edərkən deyib.

Əli Kərimli və ətrafının hakimiyyətin atacağı addımlara dair sızan məlumatlarla bağlı kampaniya təşkil edib məsələni “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışmasını qiymətləndirən millət vəkili qeyd edib ki, bu yöndə səsləndirilən iddiaların hamısı cəfəngiyyatdır.

“Bunlar çox cəfəng və gülünc iddialardır. 2003-cü ildən bəri qəbul olunan dövlət proqramları, sosial istiqamətdə verilən fərmanlar, sərəncamlar, qəbul olunan qərarlar, dövlət büdcəsinin ildən-ilə sosialyönümlü olması, bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılmasının hamısı bir məqsəd daşıyır: Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılması, bütün kateqoriyadan olan insanlara diqqət və qayğının göstərilməsi. Bunlar vəzifələrdi, məqsədlərdi və uğurla icra olunur”,- o bildirib.

Elman Məmmədovun sözlərinə görə, iqtisadiyyatımız gücləndikcə imkanlarımız genişlənir və bu istiqamətlərə ayrılan vəsait artırılır:

“Bu illər ərzində əmək haqları, pensiyalar, müvainətlər dəfələrlə artıb. Nə qədər məktəblər, xəstəxanalar, diaqnostika mərkəzləri tikilib, təmir olunub. Bunları saymaqla qurtarmaq mümkün deyil. Bunların hamısı Azərbayan vətəndaşına xidmət edir. Son günlər əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, şəhid ailələri və əlillərimizə qayğının artırılması qarşıya qoyulan vəzifələrdir. Bu illər ərzində bütün sahələrdə uğurlar qazanılıb. Əldə etdiyimiz gəlirlərinin hamısı Azərbaycan vətəndaşının maddi rifahının yüksəldilməsinə yönəldilir. Kimlərinsə cəfəng və gülünc iddialar irəli sürməsi reallığı, gerçəkləri dəyişdirə bilməz. Ulu Öndər Heydər Əliyev prezidentliyin ilk dövründə demişdi ki, hakimiyyətin mənbəyi xalqdır, hakimiyyət xalq üçündür, xalq hakimiyyət üçün deyil. Bu gün də həmin həmin prinsip əldə rəhbər tutulur və bu istiqamətdə işimizi qururuq, inkişaf edirik, irəliləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm