Nida Xəbər
“Hüquq müdafiəçilərinin müraciətinə qoşuluram” - Millət vəkili
“Biz Cinayət Məcəlləsinə yeni maddə - 233.4-cü maddəni əlavə edirik. Bu da telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunkasiya xidmətlərinin təşkili adlanır. Cinayət Məcəlləsində qanunsuz sahibkarlıqla bağlı 192-ci maddə var. Orada da qeyd olunur ki, xüsusi razılıq, yəni lisenziya tələb olunduğu halda belə razılıq olmadan fəaliyyət göstərmək qanunsuz sahibkarlıq kimi qiymətləndirilir, cinayət hüquqi qaydada təqib olunur və cəzalandırılır. Ona görə də burada telekommunikasiya xidmətinin göstərilməsi üçün lisenziya alınmalıdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili
Qüdrət Həsənquliyev Milli Məclisin Plenar iclasında Cinayət
Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və “Telekommunkasiya
haqqında” qanuna edilən dəyişikliklərin müzakirəsində çıxışı zamanı
səsləndirib. Onun fikrincə, əgər lisenziya alınmadan belə bir
fəaliyyət göstərilirsə bu qanunsuz sahibkarlıqdır: “Ona görə də,
mən Cinayət Məcəlləsinə ayrıca, yeni bir maddə əlavə edilməsinə və
məcəllənin həcminin şişirdilməsinə ehtiyac olduğunu düşünmürəm.
Bundan əlavə həm də bu məsələ ilə bağlı olduğu bir məqama da
toxunmaq istəyirəm: Mətbuatda oxudum ki, bir qrup hüquq müdafiəçisi
- Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı Daxili
işlər naziri Ramil Usubovla görüşüblər. Və müraciət ediblər ki,
vaxtilə bir qrup cinayət törətmiş şəxslər əfv olunsun. Artıq Əfv
Komissiyasının iclasları keçirilir və ümid var ki, cənab prezident
mart ayında əfv sərəncamı imzalayacaq. Mən də onların
müraciətlərinə qoşuluram. Onlar cənab Prezidentə də müraciət
ediblər. Onlar öz obyektiv fəaliyyətləri, sağlam mövqeləri ilə
cəmiyyətin rəğbətini qazanmış insanlardır. Həm də bəzi beynəlxalq
təşkilatlar haqlı olub olmamalarından asılı olmayaraq bir qrup
insanların həbsdən azad olunması təşəbbüsü ilə çıxış ediblər. Mən
düşünürəm ki, həm yerli hüquq müdafiəçilərinin, həm beynəlxalq
hüquq müdafiə təşkilatlarının təkliflərini nəzərə alaq, biz də
onların təşəbbüsünə qoşulaq və arzu edək ki, dövlət və vətəndaş
əleyhinə, yəni şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayət
törətmiş şəxslər istisna olmaqla, hüquq müdafiəçilərinin təqdim
etdiyi siyahıda olan digər şəxslər əfv oluna bilərlər. Hansı ki
onların da böyük bir qismi təyin olunmuş cəzanın əhəmiyyətli
hissəsini çəkiblər. Cənab Prezidentdən xahiş edək ki, onları əfv
eləsin”.
Müəllimlərin minimum əmək haqqı orta aylıq əmək haqqından az
olmamalıdır
Millət vəkili “Ümumi təhsil haqqında” qanun layuhəsinin müzakirəsi
zamanı da fikirlərini bölüşüb: “Münasibət bildirmək istədiyim
məsələ 4.0.22-ci maddə ilə bağlıdır. Amma bundan öncə həm İsa
müəllimə (İsa Həbibbəyli), həm də bu layihənin hazırlanmasında
iştirakı olanlara, birinci oxunuşda təkcə yazılı yox, həm də şifahi
təklif verən şəxslərə öz təşəkkürümü bildirirəm. 4.0.22-ci maddədə
dövlət ümumitəhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili
qaydalarını müəyyənləşdirmək və tibbi xidməti həyata keçirmək qeyd
olunur. Ötən dəfə də “Gənclər siyasəti haqqında qanun” birinci
oxunuşda müzakirə edilərkən söyləmişdim ki, əslində Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə
görə, dövlət mülkiyyətin heç bir növünə üstünlük vermir. Burada da
dövlət, bələdiyyə və özəl ümumtəhsil müəssisələrindən söhbət gedir.
Onda niyə dövlət ümumtəhsil müəssiələrində ödənişsiz xidmət dövlət
tərəfindən təşkil olunduğu halda, tutaq ki, bələdiyyə və özəl
ümumtəhsil müəssisələrində təşkil olunmur. Bundan başqa biz bilirik
ki, bir çox tələbələr dövlət qayğısı ilə əhatə olunub və onlar
hətta özəl məktəblərdə təhsil alsalar da onların müəyyən
xərclərinin çəkilməsini dövlət öz üzərinə götürüb. Ona görə də
düşünürəm, daha yaxşı olardı ki, burada fərrq qoymayaq. Yəni bütün
ümumtəhsil məktəbləri üçün dövlət ödənişsiz tibbi xidməti təşkil
eləsin. Bundan başqa 4.0.23-cü maddədə də ümumi təhsil sahəsində
yerli və xarici investisiyaların cəlb edilməsi məqsədi ilə
əlverişli investisiya mühitinin yaradılmasının təmin edilməsi qeyd
olunub. Birinci oxunuşda da mən bunu söyləmişdim. Bu əlverişli
investisiya mühiti çox yayğın ifadədir və deklorativ xarakter
daşıyır. Yəni burada hansı mühitdən söhbət gedir? Onun izahı nədir?
Bunu kim necə qavrayır? Biz bilirik ki hər kəsin özünün hüquqi
düşüncəsi, dünyagörüşü var. Əlverişli mühit dedikdə burada vergidən
tam, yaxud qismən azad olunmadan, pulsuz torpaq sahəsinin
ayırlmasından, yaxud dövlət tərəfindən güzəştli şərtlərlə
kreditlərin verilməsindən söhbət gedə bilər. Hesab edirəm ki,
bunların hamısı qanunvericiliyə daxil olsa daha yaxşı olar. Əlavə
olaraq 13.27-ci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş beynəlxalq fənn olimpiadalarının qaliblərinin
müsabiqədən kənar qəbul olunması ilə bağlı qeyd olunur. Hesab
edirəm ki, bu müddəa çox doğrudur. Son vaxtlar Təhsil Nazirliyi
tərəfindən aparılan təhsilin stimullaşdırılması istiqamətində
görülən işlər təqdirəlayiqdir və bu müddəanın bura daxil olunmasını
da alqışlayıram. Münasibət bildirmək istədiyim başqa bir məsələ isə
26.3-cü maddə ilə bağlıdır. Bu ümumi təhsil sahəsində təhsil
verənlərin sosial müdafiəsi əlaqədardır. Əlbəttə, burada qeyd
olunur ki, vəzifə maaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyən edilir. Amma mən, əvvəllər də bu məsələni qaldırmışam ki,
müəllimlərin minimum əmək haqqının aşağı həddini biz qanunvericilik
qaydasında göstərə bilərik. Necə ki, bir çox sahələrdə çalışan
insanların əmək haqlarını biz qanunla müəyyən edirik. O cümlədən
müəllimlərlə bağlı da biz bunu edə bilərik. Bilirsiniz ki,
ölkəmizdə repetitorluq çox geniş yayılıb. Mən hər dəfə bu məsələni
qaldırıram. Bunun üçün ilk növbədə müəllimlərin əmək haqqı
artırılmaldır və onların minimum əmək haqqı ölkə üzrə orta aylıq
əmək haqqından az olmamalıdır. Düşünürəm ki, bunu da biz
qanunvericiliyə bu qaydada daxil edə bilərik”.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK