Ölmüş şəxs "radara düşdü" - DYP açıqlama yaydı
Bizi izləyin

Nida Xəbər

Ölmüş şəxs "radara düşdü" - DYP açıqlama yaydı

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vəfat etmiş şəxsə inzibati cərimə yazılmasına münasibət bildirib.

İdarədən "Report"a bildirilib ki, “Nissan Patrol” markalı, 90-FH-041 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü tərəfindən 19.10.2018-ci il və 04.01.2019-cu il tarixlərdə törədilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib: "Həmin qayda pozuntuları üzrə icraat aparılarkən qeyd olunan inzibati xətaların dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyi aşkar edildiyindən, qanunvericiliyin tələbinə əsasən, həmin dövlət qurumuna müvafiq sorğu göndərilib. Lakin sorğu ilə bağlı BDYPİ-yə təqdim olunan məlumatda sözügedən nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxsin sürücülük vəsiqəsinin seriyasında “F” hərfi “C” kimi göstərildiyi üçün inzibati tənbeh vermə haqqında elektron qərarlar yanlış olaraq başqa şəxsin adına tərtib edilib. Hazırda qeyd olunan uyğunsuzluq BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində aradan qaldırılıb, təqsirkar şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar tərtib edilib".

Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edərək bir daha xahiş edir ki, analoji uyğunsuzluqla rastlaşdıqları hallarda Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm