Bu da Azərbaycanın Avropaya inteqrasiya prosesini gücləndirəcək - Politoloq
Bizi izləyin

Nida Xəbər

Bu da Azərbaycanın Avropaya inteqrasiya prosesini gücləndirəcək - Politoloq

Cənubi Qaz Dəhlizinin Məşrəvət Şurasının toplantısı ölkəmizin regional müstəvidə siyasi mövqeyinin güclənməsi, xüsusilə Avropa ilə sıx enerji əməkdaşlığın göstəricisidir.

Publika.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, bu enerji, siyasi əməkdaşlığı da özündə ehtiva edərək, Qərbin Azərbaycana siyasi-iqtisadi dəstəyinin inkişafına zəmin yaradır:
“ABŞ da Azərbaycanın enerji siyasətinə yaxından dəstək verir, öz nümayəndəsini göndərir. Azərbaycan Avropanın enerji diversifikasiyasında mühüm rol oyanayan ölkədir. Cənub Qaz Dəhlizi və onun seqmentləri olan TANAP və TAP layihələri 2020-ci ildən başalayaraq Avropaya ildə 16 mlrd kub. qaz ixrac edəcək. Hazırda Cənub Qaz Dəhlizi boru kəmərinin çəkilişi başa çatıb, Türkiyəyə qaz ixrac edilir. TANAP və TAP-da işlər yekunlaşmaq üzrədir".

Politoloq qeyd edib ki, ildən-ilə bu qaz ixracı artacaq və təkcə "Şahdəniz-2" qaz-kondensat yatağından hasil edilən qazla məhdudlaşmayacaq:

"Mərkəzi Asiya qazının bu kəmərlə Avropaya nəqli istisna edilmir".

Politoloq vurğulayıb ki, Türkmənistan və Qazaxıstanın Cənub Qaz Dəhlizinə qoşulmasına əngəl olan əsas ölkə Rusiyadır:

"Məhz rəsmi Kreml Qərbin Xəzər regionunda enerji siyasətinin qarşısının alınmasına çalışır. Rusiya Avropanın əsas qaz ixracatçısıdır. Rusiyanın Türkiyə vasitəsi ilə "Türk axını" və Almaniya ilə birgə "Şimal axını-2" qaz kəmərləri Avropaya qaz ixracını nəzərdə tutmaqla yanaşı, bu ölkələrə əsas təzyiq rıçaqıdır. Ona görə də Avropa Rusiya qazından imtina etmək üçün enerji şaxələndirməsi siyasəti aparır. Rusiya isə mümkün qədər buna mane olmağa çalışır".

Politoloqun sözlərinə görə, Bakıda keçirilən Məşvərət Şurasının siyasi-iqtisadi əhəmiyyəti olduqca yüksəkdir və bu Mərkəzi Asiyanı da əhatə edir:

"Şərqi Aralıq dənizində və İsraildə kəşf olunan qaz yataqlarının hasilindən sonra Avropa Rusiya qazından tam imtina edəcək. Göründüyü kimi, Avropaya qaz ixracı, enerji bazarı uğrunda rəqabət getdikcə yeni mərhələyə qədəm qoyur. ABŞ və Avropa bu məslədə Azərbaycana dəstək verməklə, ölkəmizin uzun illər qitənin enerji təminatına da rol oynamasına şərait yaradacaq. Bu da Azərbaycanın Avropaya inteqrasiya prosesini gücləndirəcək". (Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm