Ərdoğanın müşaviri: Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır
Bizi izləyin

Nida Xəbər

Ərdoğanın müşaviri: Azərbaycan-Türkiyə münasibətləri öz qızıl dövrünü yaşayır

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində iki qardaş dövlət arasında münasibətlər öz qızıl dövrünü yaşayır.

Bunu Trend-ə özəl müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Y.Topçu bildirib ki, Türkiyə və Azərbaycan ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət"dir, hər iki dövləti bir-birinə tarixi, mədəni əlaqələr, dini inanclar bağlayır: "Azərbaycan qardaş ölkədir, bizim ortaq taleyimiz olduğu kimi, gələcəyə də eyni pəncərədən baxırıq".

O vurğulayıb ki, regionda, eləcə də dünyada sayılıb-seçilən hər iki ölkə bütün sahələrdə sıx əməkdaşlıq edirlər: "Bu, hamımız üçün qürurvericidir. Azərbaycan və Türkiyə heç vaxt bir-birindən ayrı olmayıblar və gücümüz heç şübhəsiz ki, millətin birliyindədir".

Prezident müşaviri qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsinin həm regiona, həm də bütövlükdə dünyaya faydası var: "Əlaqələrimizin daha da möhkəmlənməsi və dərinləşməsi üçün qarşılıqlı səfərləri çoxaltmaqla yanaşı, ticarət dövriyyəsini də artırmalıyıq".

Y.Topçu deyib ki, Türkiyə hər zaman qardaş Azərbaycanın dəstəyini görüb:

“Azərbaycan hər zaman öz qardaşlıq vəzifəsini yerinə yetirib, Türkiyənin ən çətin günlərində yanımızda olub. Azərbaycan 2016-cı ildə Türkiyədə FETÖ terror təşkilatının hərbi çevirilişə cəhdi zamanı da qardaşlığını nümayiş etdirərək öz mövqeyini hər kəsdən öncə bəyan etmişdi. Həmçinin Türkiyənin təmsil olunmadığı beynəlxalq toplantıların birində Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə burada yoxdur, amma mən buradayam” deyərək bizə dəstək olması Türkiyə xalqının yaddaşından heç vaxt silinməyəcək. Buna görə Prezident İlham Əliyevə minnətdarıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm