Dövlət Gömrük Akademiyası üçün yeni bina tikiləcək - FOTO
Bizi izləyin

Nida Xəbər

Dövlət Gömrük Akademiyası üçün yeni bina tikiləcək - FOTO

Təəssüf ki, 2009-cu ildən bakalavriat pilləsi üzrə ixtisasların sayı 700-dən 140-a endirilib.

Publika.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Akademiyasının rəisi Qulu Novruzov deyib. O bildirib ki, ixtisara düşən ixtisaslar arasında gömrük işi ixtisası da var idi:

“Həmin vaxtdan etibarən gömrük işi ixtisasına qəbul dayandırılıb. Nazirlər Kabinetinin bu qərarından sonra Prezidentin sərəncamı ilə akademiya yaradıldı. 2014-cü ildə akademiya fəaliyyətə başlayıb”.

Qulu Novruzov təəssüflə qeyd edib ki, hələ də gömrük işi ixtisasının təsnifata salınmasına nail olunmayıb:

“Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq qurumlara müraciət edilib. Ümid edirik ki, aidiyyəti orqanlar bu işə konstruktiv yanaşacaq. Onu da qeyd etmək istəyirəm ki, bu gün hazırlanan gömrük mütəxəssisləri 2009-cu ilə qədər hazırlanan mütəxəssislərdən köklü sürətdə fərqlənir”.

Q.Novruzov vurğulayıb ki, akademiya yeni bina ilə təmin ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm